Ukrayna millisinin sabiq futbolçusu rəsmən "Qarabağ"da

Ukrayna millisinin sabiq futbolçusu rəsmən "Qarabağ"da
11:27 24 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən "Qarabağ" ilk əcnəbi transferini reallaşdırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.

Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.
 
Peşəkar karyerasına Ukraynanın "Dnepr" klubunda başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu "Krivbass"a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi "Şaxtyor"a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.
 
Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR