“2019-cu ilin mayına kimi işğal olunmuş ərazilər...” - EKSPERTDƏN TƏKLİF

“2019-cu ilin mayına kimi işğal olunmuş ərazilər...” - EKSPERTDƏN TƏKLİF
11:38 24 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

“Pyotr Poroşenko yenidən prezident seçilməsi üçün indiki hakimiyyət müddətinin sonuna kimi Donbasın işğal edilmiş ərazilərini qaytarmalıdır”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda hərbi ekspert Aleksey Arestoviç bildirib.

"Aydındır ki, Putin Krım üçün sona kimi dayanacaq, amma biz Donbasın işğal edilmiş ərazilərini alsaq, bu, böyük mənəvi qələbə və Krım kampaniyanın başlanması üçün bir mərhələ olacaq. Poroşenkonun yerində olsaydım, prezident müddətinin sonuna kimi Donbası alardım. Daha sonra elan edərdi ki, növbəti prezident müddətinin əsas məsələsi Krımın qaytarılması üçün şərtlərin yaradılması və NATO-ya üzvlük üzrə Fəaliyyət Planının alınmasıdır”, - o qeyd edib.

Arestoviçin sözlərinə görə, Donbasın azad edilməsi Krım yarımadasının Ukrayna tərkibinə ən sürətli şəkildə qaytarılmasına imkan yaradacaq.

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri 2019-cu ilin mayında keçiriləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR