Bakı sakininin avtomobilini qaçıran iki yeniyetmə qəza törədib

Bakı sakininin avtomobilini qaçıran iki yeniyetmə qəza törədib
11:42 24 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Bakı sakininin avtomobilini qaçıran iki yeniyetmə qəza törədib.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Nizami rayonu B.Nuriyev küçəsində paytaxt sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb, daha sonra isə Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan iki yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakininin-avtomobilini-qaciran-iki-yeniyetme-qeza-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR