Legioner qapıçı "Qarabağ"da - RƏSMİ

Legioner qapıçı "Qarabağ"da   - RƏSMİ
11:47 24 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

 “Qarabağ” ilk əcnəbi transferini həyata keçirib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, ağdamlılar ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.

 

Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

 

Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

 

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da çağırılıb.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-legioner-qapc-quotqarabaquotda-t58879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR