Fransa millisində oynamış futbolçu "Qəbələ"də

Fransa millisində oynamış futbolçu "Qəbələ"də
12:07 24 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, Stiven Jozef-Monroz yeni mövsümdən "qırmızı-qaralar"ın formasını geyinəcək. 



27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqaviləyə qol çəkib. Baş məşqçi Roman Qriqorçuk onu yarımmüdafiənin saöında oynatmaqda maraqlıdı.

 

2008-ci ildə peşəkar karyerasına başlayan Stiven 2011-ci ilədək “Lans”da top qovub. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortreyk” (2011-2012) və “Genk”in (2012-2015) şərəfini qoruyub. Orta xətt oyunçusu 2012/13 mövsümündə Belçika kubokunu başı üzərinə qaldırıb.


Jozef-Monrozun son iş yeri isə Fransa “Brest”i olub. çıxış edib. 2007-2012-ci illərdə ölkəsinin müxtəlif yaş qrupları üzrə yığmalarına çağırılan futbolçu Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynayıb.


Qeyd edək ki, mövsümün bitimində 11 futbolçunu yola salan "Qəbələ" daha öncə Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispan Xavyer Ernandes Qonzalesi heyətə qatmışdı. 



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fransa-millisind-oynam-futbolcu-quotqblquotd-t58881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR