Əminənin gözünün nuru üçün kömək olaq

Bir gözü dünya işığından məhrum olan balaca Əminənin xeyirxah insanların köməyinə ehtiyacı var.

Metbuat.az xəbər verir ki, 4 ay öncəyədək yaşıdları kimi xoşbəxt yaşayan, dünyaya sağlam gözlərlə baxan Əminə Mirzəyeva bu xoşbəxtlikdən məhrum olub.

14 yaşlı Əminə həyətlərində daşa ilişərək yıxılıb və gözünə məftil batıb. Həkimlər onun gözünü əməliyyat edib. Elə o gündən həmin gözü tamamilə görmür.

Əminənin səhhəti getdikcə ağırlaşır. Zədələnmiş göz sağlam gözünə təsir edir. Həkimlər bildirib ki, əməliyyat olunmasa, digər gözü də öz funksiyasını itirəcək. Amma onun yenidən görmək şansı var. Bunun üçün Əminə 2 dəfə əməliyyat olunmalıdır. Bu ağır əməliyyat üçün 18 min manat lazımdır. Ailənin isə buna imkanı yoxdur. Mirzəyevlərin ümidi xeyirxah insanlara qalıb.

Əminənin anası Ülkər Mirzəyeva qızının sağlamlığına qovuşması üçün imkanlı şəxslərdən kömək istəyir.

Mirzəyevlər ailəsinə dəstək olmaq istəyənlər aşağıdakı telefon nömrəsi əlaqə saxlayaraq və ya bank hesabı vasitəsilə yardım göstərə bilərlər.

Əlaqə nömrəsi:

Tofiq Mirzəyev (051) 646-90-60

Bank hesabı:

Kapital Bank

Valyuta AZN

Benefisiarın Bankı Kapital Bank ASC Xəzər filialı

Filialın Kodu 200178

VÖEN 9900003611

SWIFT kod AIIBAZ2X

Mühbir hesab AZ37NABZ01350100000000001944

Benefisiarın adı: TOFİQ MİRZƏYEV VƏLİ OĞLU

Benefisiarın hesabı: AZ51AIIB41010019440210406117

//A24.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR