İlham Əliyev Pakistan prezidentinə məktub göndərdi

İlham Əliyev Pakistan prezidentinə məktub göndərdi
12:28 24 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri Məmnun Hüseynə başsağlığı məktubu göndərib.

Publika.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/203834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR