Formula 1-in qonağı: "Bu yarışın ev sahibliyi edən ölkə üçün böyük əhəmiyyəti var" - FOTO

Formula 1-in qonağı: "Bu yarışın ev sahibliyi edən ölkə üçün böyük əhəmiyyəti var" - FOTO
12:47 24 İyun 2017
24 İdman
Ölkə mətbuatı
A- A+

"Ailəmlə birgə Bakıya Formula 1 yarışlarını izləməyə gəlmişəm. Yarışın təşkilatçılığı yüksək səviyyədədir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə xarici qonaq İqor Leonenko deyib.

O bildirib ki, Formula 1 yarışını çoxdan izləyir:

"Formula 1-ə baxmaq üçün Bakıya birinci dəfədir ki, gəlirik. Biz Formula 1 yarışını çoxdan izləyirik və çox istədik ki, bu yarışın Bakıda necə keçirilməsini də gəlib görək".

Xarici qonaq Bakını çox bəyəndiyini deyib: "Bakı çox xoşumuza gəldi, çox gözəl şəhərdir".

İ.Leonenko hesab edir ki, Formula 1 yarışı ölkənin dünyada təbliği üçün mühüm rol oynayır:

"Əlbəttə, Formula 1 yarışlarının ev sahibliyi edən ölkə üçün böyük əhəmiyyəti var. Dünyada ölkə təbliğ olunur, Formula 1 yarışına görə gələnlər şəhəri görürlər və yenə bura gəlmək istəyirlər".

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR