Millimizin imzalı forması məşhur kolleksionerin ən bahalısıdır

Millimizin imzalı forması məşhur kolleksionerin ən bahalısıdır
12:52 24 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Şotlandiyalı kolleksioner Jo Conston FİFA-ya daxil olan bütün ölkələrin oyun köynəklərini kolleksiya etməklə məşhurlaşıb. Onun sözlərinə görə, kolleksiyasında ən dəyərlisi Azərbaycan milli komandasının 2010-cu ildə çıxış etdiyi formadır.

Milli.Az AFFA-nın "Facebook" səhifəsinə istinadla xəbər verir ki, köynək 2010-cu ildə U-17 milli komandamızın futbolçuları və komanda nümayəndələri tərəfindən imzalanmış və Roma Papası Benedikt XVI-ya hədiyyə edilib. Jo isə bu köynəyi sonradan onlayn satış portalı olan eBay-dən əldə edib.

Köynəyin üzərinə Elşən Abdullayev, Emil Balayev, Məqsəd İsayev, Rəşad Əzizli və U-17 millimizin digər futbolçuları imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR