Yadplanetli - 30

Yadplanetli   - 30
12:57 24 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün dünya futbolunun argentinalı superulduzu Lionel Messinin 30 yaşı tamam olur. Fanat.Az xəbər verir ki, “Barselona”nın döyünən ürəyi 14 ildi ki, peşəkar futbolçu karyerasını sürdürür.


O, bu müddətdə 8 dəfə La Liqanın, 4 dəfə İspaniya Kubokunun, 4 dəfə Çempionlar Liqasının qalibi olub. 6 dəfə İspaniya Superkubokunu başı üzərinə qaldıran top sehrbazı “Barsa”yla 3 dəfə UEFA Superkubokunu qazanıb. Argentina yığmasıyla isə dünya çempionatında final oynayaraq “gümüş”lə kifayətlənib.

 

Messi indiyədək çıxdığı 701 matçda 565 qol və 281 məhsuldar ötürməylə yadda qalıb. Hesabında 41 het-trik olan cənubi amerikalı 5 dəfə “Qızıl top”, 4 dəfə “Qızıl buts” mükafatına layiq görülüb.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-yadplanetli-t58883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR