Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib

Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib
13:02 24 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda keçirilən Formula 2 yarışının VII mərhələləsində iki qəza baş verib. 
“Report”un məlumatına görə, əvvəlcə Antonio Fuokonun (İtaliya, Prema Racing) idarə etdiyi bolid əvvəlcə rəqibin maşınına dəyib, daha sonra səddə çırpılıb.
Nəticədə A.Fuoko yarışı yarımçıq dayandırıb. Onun idarə etdiyi bolid kran vasitəsi ilə trassdan götürülüb.
Daha sonra Coni Sekottonun (Venesuela, Rapax) bolidi səddə dəyərək yararsız hala düşüb və mübarizəni dayandırıb.
Qeyd edək ki, iyunun 23-də Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşləri zamanı 3 qəza baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-2-antonio-fuoko-ve-coni-sekotto-qeza-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR