Baş Prokurorluqdan Əkrəm Həsənova XƏBƏRDARLIQ

Baş Prokurorluqdan Əkrəm Həsənova XƏBƏRDARLIQ
13:05 24 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib.

Milli.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən report-a verilən məlumata görə, "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.

Hazırda Ə.Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR