Suriya yeni sərhədlər müəyyənləşir

Suriya yeni sərhədlər müəyyənləşir
13:08 24 İyun 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada qurulması planlaşdırılan dörd təhlükəsizlik zonasından ikisinin sərhədləri artıq müəyyən edilib.

Publika.az xəbər verir ki, bu haqda danışıqlardan xəbərdar olan mənbə “İnterfaks” agentliyinə bildirib.

“Türkiyə şimal zonaları üzərində nəzarətdə maraqlıdır. Amma bu zonaların sərhədləri ilə bağlı hələlik razılıq yoxdur. İkinci və üçüncü təhlükəsizlik zonalarının sərhədləri müəyyən edilib. Bunlar Şərqi Guta və Xoms vilayətinin bir hissəsidir”, - agentliyin həmsöhbəti deyib.

O, qeyd edib ki, Suriyanın cənubunda dördüncü zonanın sərhədlərinin müəyyən olunması ilə bağlı danışıqlar davam edir. Agentliyin həmsöhbətinin sözlərinə görə, Suriyanın cənub hissəsində loyal müxalifət olduğu üçün dördüncü zonanın sərhədlərinin müəyyən edilməsi çətinliklər yaradır.

“Bu rayonu bölmək və sərhədləri müəyyən etmək çox çətindir”, - o vurğulayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/203839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR