Azər Axşam özündən çıxdı

"Özümə çox maraqlıdır ki, məni niyə dəvət etmirlər".

Bu sözləri tanınmış aktyor-aparıcı Azər Axşam yeni çəkilən filmlərdə nə üçün yer almadığı haqda Metbuat.az-a danışarkən deyib:

"Hamı deyir ki, niyə filmlərdə yoxam. Özümə də maraqlıdır ki, məni niyə çağırmırlar. İndi bir neçə aktyor, onlara aktyor demək də olmaz, dəllalar var ki, bütün filmlərdə onlardır. Hamı həmin adamları çəkir filmə. Peşəkar simalar qalıb kənarda. Təzə çəkilən filmlərin hamısına baxmışam. Heç birini bəyənməmişəm. Bizim tamaşaçının zövqü aşağıdır, ona görə o filmlərə baxılır. Həmin filmlərdə heç bir sujet xətti yoxdur. Ancaq gic-gic zarafatlar var. O rejissorlar ona görə məni filmə dəvət etmirlər ki, mənim onların işindən razı qalmayacağamı bilirlər".

Azərin çəkilişdə qulağı cırıldı

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR