Bir neçə pilot Formula 2 yarışlarında qəza törətdi - FOTO

Bir neçə pilot Formula 2 yarışlarında qəza törətdi - FOTO
13:17 24 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Formula 2 yarışlarında "Prema Racing" pilotu Antonio Fuoko 6-cı dövrədə qəza törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, A.Fuoko "Trident" pilotu Serxio Kanamasası ötməyə çalışarkən qəza nəticəsində bolidin ön qanadını zədələyib.

Bundan başqa, trası digər "Trident" pilotu Nabil Ceffri də tərk edib. O, yeddinci döngədə divara çırpılıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/557340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR