Rusları bərabərlik də qane etmir - KONFEDERASİYALAR KUBOKU

Rusları bərabərlik də qane etmir   - KONFEDERASİYALAR KUBOKU
13:27 24 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də iki oyun keçiriləcək. Fanat.Az xəbər verir ki, A qrupunun son iki matçı eyni saatda başlayacaq.

 

Hesabında 3 xal olan Rusiya millisi 4 xal toplayan Meksika ilə görüşdə qələbə qazanmağa məhkumdu. Stanislav Çerçesovun komandasını bərabərlik də növbəti mərhələyə çıxarmayacaq. Meksikalılara isə heç-heçə bəs edir.

 


Qrupun 4 xala malik digər komandası - Portuqaliya Yeni Zelandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Autsayderlə görüşdə Kriştiano Ronaldonun komandası liderlik şansından yararlanacaq.


 

Konfederasiyalar Kuboku – 2017

24 iyun

 


19:00. Meksika – Rusiya

 

19:00. Yeni Zelandiya – Portuqaliya




Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ruslar-brabrlik-d-qane-etmir-t58884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR