Masallıda inəkləri güllələdilər - VİDEO - FOTO

Masallıda inəkləri güllələdilər - VİDEO - FOTO
13:37 24 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə Masallının Kolatan kəndində qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, kənd sakini 59 yaşlı Allahşükür Məmmədov noxud əkdiyi tarlaya iribuynuzlu mal-qara girdiyini görərək özünə məxsus ov tüfəngi ilə heyvanları vurub. Hadisə zamanı Qızılavar kənd sakininə məxsus 1, Kolatan kənd sakinlərinə məxsus 3 iribuynuzlu heyvan yaralanıb. Onlardan biri çoxlu qan itiridiyindən sonradan ölüb. 

Maqsud Abıyev (zərərçəkən): "İnəyi sahədə gördüm. Qan götürmüşdü inəyi. Camaatın köməkliyi ilə gətirdik. 1900 manatlıq ziyan dəyib".

Digər 3 iribuynuzlu baytar həkimlərin nəzarətindədir. Hadisəni törədən şəxs Allahşükür Məmmədov dəfələrlə iribuynuzlu heyvanların sahiblərinə müaciət etdiyini, amma nəticəsinin olmadığını deyir.

Allahşükür Məmmədov (təsərrüfatçı): "Digər kənd sakinlərinə demişdim ki, xəstə adamam torpağımı mühafizə edə bilmirəm. Onlara xəbərdarlıq etmişdim. Mənə ziyan vururlar".

Hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gəlib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Masallı sakini heyvanları güllələdi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR