ABŞ kəşfiyyatının işgəncə üsulları HAMINI ŞOKA SALDI

ABŞ kəşfiyyatının işgəncə üsulları HAMINI ŞOKA SALDI
13:58 24 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş prezident Corc Buşun dövründə idarənin sorğu proqramı çərçivəsində işgəncə üsulları hazırlamaq məqsədilə həkim və psixoanalistlərə 81 milyon dollar xərclədiyi iddia edilib.

Publika.az xəbər verir ki, psixoanalistlər Con Bryus Cessen və Ceyms Mişel tərəfindən həyata keçirilən proqramda həkimlərin rolu Amerika Mədəni Azadlıqlar Birliyinin (ACLU) açdığı istintaqlə gün üzünə çıxmağa başlayıb.

11 sentyabr hadisələrindən sonra terror şübhəlisi olaraq həbsə alınan insanlara su ilə işgəncə verilməsi, yuxudan məhrum edilməsi, yaralı ayaq üstə saatlarla gözlədilməsi və bir çox işgəncə üsullarının MKİ tərəfindən sorğulama metodu olaraq istifadə olunması hər kəsi dəhşətə gətirib.

Bu iki psixoanalistin eyni zamanda əsgərlərin işgəncələrə qarşı dirəniş təlimlərini aldıqları taktikalarını da çözərək psixoloji işgəncə hazırladıqları bildirilib.

Verilən açıqlamaya görə idarə “öyrəşilmiş çarəsizlik” metodundan istifadə etməklə məhkumların daha həssas olmalarını təmin edib. Beləliklə, məhkumlar idarənin etdiyi hər təklifi sorğu-sualsız həyata keçiriblər.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR