Azərbaycana tütün idxalı illik 11% artıb

Azərbaycana tütün idxalı illik 11% artıb
14:12 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Tütün və tütün məmulatlarının idxalı illik 10,77% və ya 5 737,66 min ABŞ dolları artaraq cari ilin yanvar-may ayları ərzində 59 001,82 min ABŞ dolları təşkil edib.
"Report" bu barədə Dövlət Gömrük komitəsinə istinadən xəbər verir.
Beləliklə, 2017-ci ilin ilk beş ayının cəmi idxalında tütün və tütün məmulatlarının xüsusi çəkisi 2,09%-ə yüksəlib. Ötən ilin müvafiq dövründə isə bu məhsulların idxalda payı 1,60% olub.
Azərbaycan cari ilin yanvar-may ayları ərzində 166 ölkə ilə 7 266 952 min dollarlıq ticarət əməliyyatı həyata keçirib. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmində illik 13,18% artım qeydə alınıb. İdxal illik 15,44% azalaraq 2 816 868 min dollar, ixrac 44,05% artaraq 4 450 085 min dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycana-tutun-idxali-illik-11-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR