Formula 1 pilotlarının sonuncü sərbəst yürüşü başladı

Formula 1 pilotlarının sonuncü sərbəst yürüşü başladı
14:12 24 İyun 2017
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 pilotlarının üçüncü - sonuncü sərbəst yürüşü başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yürüşdə 10 komandadan 20 pilot iştirak edir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR