Məşhurlar bayramı harada qeyd edəcək?

Məşhurlar Ramazan bayramını harada qeyd edəcək?

Metbuat.az keçirdiyi sorğunu təqdim edir:

Xalq artisti Firəngiz Mütəllimova: "Bayramı evdə, ailəmizlə qeyd edəcəyik".

Xalq artisti İlham Namiq Kamal: "Ramazan bayramı elə bir bayramdır ki, gərək hər kəs bu bayramı ata-baba yurdunda keçirsin. Mən də ailəmlə birgə Şamaxıdakı bağımda qeyd edəcəyəm".

Əməkdar artist Anar Heybətov: "Bu yaxınlarda atam vəfat etdiyi üçün bu bayram bizdə "qara bayram"dır. Ona görə də ancaq evdə olacağıq".

Aktyor Elməddin Cəfərov: "Bayramı evdə qeyd edəcəyik. Amma istəyirdim ki, Gəncəyə atamgilə gedək. Görüm ki, bayramın səhəri günü işlərim var. Həm də bayram vaxtı hamı rayona gedir. Qəzalar çox olur yollarda. Ona görə elə evdə qalmağa qərar verdik".

Müğənni Emil Bədəlov: "Bayrama xüsusi bir şey etməyəcəyik. Öz ailəmlə evimizdə olacam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR