Leysana görə 100-dən çox evi su basdı - AZƏRBAYCANDA

Leysana görə 100-dən çox evi su basdı - AZƏRBAYCANDA
14:19 24 İyun 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

 

Mingəçevir şəhərində güclü küləklə müşayiət olunan leysan ağır fəsadlar törədib.

 

Lent.az “Report”a istinadən xəbər verir ki, Günəşli massivində yüzdən çox fərdi yaşayış evini su basıb, xeyli sayda ev quşu tələf olub.

 

Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb. Hazırda massivin 13, 14 və 15-ci küçələrində selin fəsadları aradan qaldırılır. Əraziyə xeyli sayda texniki qurğu cəlb olunub.

 

Mütəxəssislər fəsadların ağır olmasını massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər.

 

Belə ki, kanalın müəyyən hissələri lazımi səviyyədə bərkidilməyib, bəzi boru xətlərinin ağzı açıq qalıb və tələb olunan hissədə şülüz qoyulmayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR