Formula 1: Colion Palmerin idarə etdiyi "Renault" bolidi sərbəst yürüş zamanı yanıb

Formula 1: Colion Palmerin idarə etdiyi "Renault" bolidi sərbəst yürüş zamanı yanıb
14:22 24 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisində növbəti qəza baş verib. 
“Report”un məlumatına görə, hazırda davam edən üçüncü sərbəst yürüş zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolid yanmağa başlayıb. Marşalların köməyi ilə alov söndürlsə də, britaniyalı sürücü çıxışını dayandırıb.
Qeyd edək ki, Colion Palmerin bolidi iyunun 24-də keçirilmiş sərbəst yürüş zamanı səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-colion-palmerin-idare-etdiyi-renault-bolidi-serbest-yurus-zamani-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR