Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub

Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub
14:32 24 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub.
“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, qadağa ilə əlaqədar ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar çıxarıb. 
Hava limanlarına 9 kilometr məsafədən daha yaxın sahələrdə tətbiq olunan qadağaya səbəb uçuş, can və mal təhlükəsizliyini təmin etməkdir.
Qadağaya əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-hava-limanlarina-yaxin-yerlerde-cerpeleng-ve-dilek-sarlari-ucurmaq-qadagan-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR