Azərbaycan-Rusiya sərhədində sıxlığın aradan qaldırılmasına dair müzakirələr aparılıb

Azərbaycan-Rusiya sərhədində sıxlığın aradan qaldırılmasına dair müzakirələr aparılıb
14:47 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Rusiyanın Dərbənd şəhərində sərhədyanı gömrük buraxılış məntəqələrində yaranan problemlərin operativ həll edilməsi üçün məlumat mübadiləsinin aparılması və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması məqsədilə Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib.
"Report" bu barədə Dövlət gömrük Komitəsinə istinadən xəbər verir.
Görüşdə Rusiya Gömrük Xidmətinin Dağıstan Gömrüyünün, "Rusiya Dəmir Yolları" ASC-nin, Azərbaycan Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri iştirak ediblər.
İşçi görüş zamanı gömrük-sərhəd buraxılış məntəqələrindən meyvə-tərəvəz məhsullarının mövsümi daşımaları, yay tətili mövsümü və bayram günlərində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılmasına dair müzakirələr aparılıb. Görüşdə həmçinin 3 iyul 2015-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol"un müddəalarının icrasının gedişatı və dəmiryolu nəqliyyatı ilə daşınan mal və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinə dair müzakirələr də aparılıb.Bununla yanaşı,meyvə-tərəvəz məhsulları üzrəAzərbaycan istehsalatçı-ixracatçıları tərəfindən müvafiq markalanma qaydalarına düzgün riayət edilməsinin zəruriliyi və müəyyən növ mallara münasibətdə gömrük orqanlarına təqdim edilən manifestlərin müvafiq qaydada tərtib edilməsinin əhəmiyyəti vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-rusiya-serhedinde-sixligin-aradan-qaldirilmasina-dair-muzakireler-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR