Pakistanda tələfat sayı artdı -

Pakistanın Paraçinar şəhərindəki bazarda baş verən iki partlayış nəticəsində tələfat sayı 62-yə çatıb. 300-ə qədər yaralı var.

Metbuat.az-ın məlumatına görə, terror aktı yerli sakinlərin Ramazan bayramı ilə əlaqədar alış-veriş etdikləri vaxt törədilib. Qanlı hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Xatırladaq ki, ötən gün səhər saatlarında Kvetta şəhərində baş verən partlayış nəticəsində isə azı 11 nəfər həyatını itirib. 20-si yaralanıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR