Formula 1: Ferstappen yarışı tərk etdi

Formula 1: Ferstappen yarışı tərk etdi
15:08 24 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

"Red Bull" komandasının pilotu Maks Ferstappen bolidindəki texniki problem səbəbindən Formula 1-də üçüncü sərbəst yürüşü tərk edib.

Trend-in məlumatına görə, 16-cı döngədə (Azneft meydanı) M.Ferstappenin bolidi öz-özünə dayanıb.

Pilot ratsiya ilə mühəndisə bildirib: "Hər şey birdən-birə dayandı".

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2770508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR