Ərdoğanla Putin arasında telefon danışığı -

Rusiya prezidenti Vladimir Putin "Türk axını" qaz kəmərinin tikintisini həyata keçirən gəmiyə yollanıb.

Metbuat.az-ın məlumatına görə, işlərin gedişatı ilə tanış olan Putin, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib. Putin bildirib ki, boruların inşaası artıq başlayıb. Kreml rəhbərinin sözlərinə görə, Rusiya Türkiyə ərazisindən keçməklə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrini təbii qazla təmin etməyə hazırdır. Ərdoğan isə ölkələr arasındakı münasibətlərin önəminə diqqət çəkərək, maraqların üst-üstə düşdüyünü ifadə edib. Qeyd edək ki, ilk dəfə olaraq onlar arasında başa tutan telefon danışığının videogörüntüləri yayımlanıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR