Ən uzaq məsafədən terrorçunu vuraraq REKORDU QIRDI

Ən uzaq məsafədən terrorçunu vuraraq REKORDU QIRDI
15:13 24 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Kanada İraqda döyüşən Xüsusi Təyinatlı Dəstənin üzvü olan bir əsgərinin 3540 metr məsafədən hədəfi vuraraq dünya rekordu qırdığını bəyan edib.

Publika.az xəbər verir ki, hədəf İŞİD terror təşkilatının üzvü olub.

Ordudan verilən açıqlamada Kanada Xüsusi Təyinatlı dəstəsinin üzvü olan əsgərin 3540 metr uzaqlıqdakı hədəfi vurduğu təsdiq edilib. Lakin təhlükəsizlik səbəbilə əməliyyatın aparıldığı yerin və zamanın açıqlanmayacağı bildirilib.

Qeyd edək ki, bir öncəki ən uzaq məsafədən insan öldürmə rekordu ingilis əsgəri Kreyq Harissona aiddir. O, 2009-cu ildə Taliban terror təşkilatının üzvünü 2475 metrdən vurub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR