"Cəhənnəmin qapılarını bağladı" -

Portuqaliyadakı meşə yanğınları zamanı 1 xanımın qəhrəmanlığı dünya gündəminə düşüb.

Metbuat.az-ın məlumatına görə, alovun mühasirəsində qalan xanım, ailəsi və qonşuda yaşayan daha 12 qadını su çəninin içərisində saxlayaraq ölümdən qoruyub. Bir neçə saat çənin içində qalan şəxslər möcüzə nəticəsində sağ qalıb. Xanımın bu qəhrəmanlığı ölkə mediasında böyük səs-küy yaradıb. Yerli mətbuat onun bu şücaətini "xanım cəhənnəmin qapılarını bağladı" başlığı altında təqdim edib. Qeyd edək ki, ölkənin mərkəzi əyalətlərini əhatə edən təbii fəlakət azı 64 nəfərin həyatına son qoyub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR