Azərbaycanda günəş enerjisi istehsalı azalıb

Azərbaycanda günəş enerjisi istehsalı azalıb
15:27 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən 17,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% azdır.
Hesabat dövründə küləklə işləyən stansiyaların istehsalı 6,3% azalaraq 7,4 mln. kVt/saat təşkil edib.
İlin 5 ayında ölkədə su və istilik elektrik stansiyalarının istehsalı artıb. Belə ki, yanvar-may ayları ərzində su elektrik stansiyaları elektrik enerjisi istehsalını 3,9% artıraraq 857,5 mln. kVt/saata, istilik elektrik stansiyaları isə istehsalını 3,4% artıraraq 8 313,9 mln.kVt/saata çatdırıb.
Qeyd edək ki, ilin 5 ayında ölkədə ümumilikdə elektrik enerjisi istehsalı 3% artaraq 9 591,1 mln. kVt/saat təşkil edib. Ümumi istehsalda əmtəəlik elektrik enerjisinin həcmi 3,4% artaraq 9 196,2 mln. kVt/saat olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-gunes-enerjisi-istehsali-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR