Messi 30 yaşında

Messi 30 yaşında
15:37 24 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Argentina millisi və "Barselona"nın futboçusu Lionel Messinin 30 yaşı olur.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 1987-ci ilin bu günündə  Argentinanın Rosario şəhərində doğulub.

L.Messi 2000-ci ildən Kataloniya klubunda oynayır.

30 yaşlı hücumçu karyerası ərzində 5 dəfə (2009, 2010, 2011, 2012, 2015-ci illər) "Qızıl top"u qazanıb.

O, Argentina millisi və "Barsa" tarixininin ən yaxşı bombardiridir.

Messi "Barsa" ilə 8 dəfə İspaniya çempionu, 6 dəfə İspaniya kuboku, 5 dəfə Kral kuboku, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA superkuboku və klublararası dünya çempionatının qalibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR