"Danışsam, qan düşəcək" - Tolik əsəbləşdi

"Danışsam, qan düşəcək" - Tolik əsəbləşdi
15:42 24 İyun 2017
99 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) yenə qalmaqallı paylaşımı ilə səs-küy yaradıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Tolik hazırda səhhətində problem olan və xəstəxanada müalicə alan Könül Xasıyevanı ziyarət edən müğənnilərdən danışıb. 

O, ziyarət zamanı video çəkib onu sosial şəbəkədə yayanları qınayıb:

"Canım Könül xanım, Allah sizə şəfa versin, heç kimə möhtac olmayasınız. Sizin sənətiniz o qədər böyükdür ki, yanınıza gələn bəzi müğənnilər onun qarşısında çox cılızdılar. Amma kaş yanınıza video çəkmək üçün yox, sizin üzünüzü güldürmək üçün bir dəstə gül alıb, oğlunuza bir köynək alıb gətirəydilər. Eh dünya, hərdən istəyirsən danışasan... Amma deyirsən, danışsam qan düşəcək". 

Qeyd edək ki, bu yaxınlarda xalq artisti Gülyaz və Gülyanaq Məmmədovaların, müğənni Nadir Qafarzadənin K.Xasıyevanı ziyarət edərkən çəkilən videosu yayılmışdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/557370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR