Luis Hemilton bulvarda avtoqraf paylayıb

Luis Hemilton bulvarda avtoqraf paylayıb
15:42 24 İyun 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin pilotları ilə növbəti avtoqraf sessiyası keçirilib.
“Report”un məlumatına görə, mərasimdə yarışın iştirakçısı olan "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Mercedes" (Luis Hemilton və Valterri Bottas) və "Renault" (Niko Hülkenberq və Colion Palmer) komandalarının üzvləri imza paylayıblar.
Tədbirdə yerli və əcnəbi vətəndaşlar iştirak ediblər.
Qeyd edək ki, iyunun 25-də keçiriləcək sonuncu avtoqraf sessiyasında "Sauber" (Markus Eriksson və Paskal Verlyayn),"Force İndia" (Serxio Peres və Esteban Okon) və Toro Rosso (Daniel Kvyat və Karlos Sayns) komandasının üzvləri iştirak edəcəklər. İmza mərasimi saat 12:40-da başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/luis-hemilton-bulvarda-avtoqraf-paylayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR