Terrorçuların Məkkə planında ŞOK DETAL

Terrorçuların Məkkə planında ŞOK DETAL
15:48 24 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının Məkkə və Ciddə şəhərlərində təhlükəsizlik gücləri tərəfindən zərərsizləşdirilən terrorçulardan ibarət qrup əl-Haram məscidinin həyətində insanların toplaşdığı ərazidə partlayış törətməyi planlaşdırırdı.

Publika.az xəbər verir ki, bu haqda güc strukturlarındakı mənbələrə istinadən “Acil” xəbərlər portalı bildirib.

Portalın həmsöhbətlərinin informasiyasına görə, Daxili İşlər Nazirliyi hazırlanan terror aktı haqqında məlumatlara malik idi və şübhəliləri bir aydan çoxdur izləyirdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik gücləri dünən biri Ciddədə və ikisi Məkkədə olmaqla üç obyektə terrorçuların hücumunun qarşısını alıb. Əməliyyat zamanı ümumilikdə 5 nəfər saxlanılıb. Onlar arasında qadın da var.

Məkkədə terror aktı törətməyi planlaşdıran şəxsi Məkkədəki evlərdən birində yaxalamaq mümkün olub. O, polis əməkdaşlarına atəş açıb. Daha sonra özünü partladıb və bu zaman girov götürdüyü 6 nəfər xəsarət alıb.

Amerika kəşfiyyatının məlumatına görə, terror aktlarını İŞİD terror təşkilatı planlaşdırıb. Lakin hələ heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, terrorçuların hərəkətləri xaricdən idarə olunurdu.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR