Qazaxıstanlı turistlər: "Azərbaycanda insanlar çox mehribandır"

Qazaxıstanlı turistlər: "Azərbaycanda insanlar çox mehribandır"
16:05 24 İyun 2017
21 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda insanlar çox mehribandır və həmişə kömək etməyə hazırdırlar.

Milli.Az bildirir ki, bunu Trend-ə qazaxıstanlı turistlər Əzəmət Kurmanqaliyev və Aleksandra Pestova deyib.

Ə.Kurmanqaliyev deyib ki, onlar ötən il Bakıda keçirilən Formula 1 mərhələsini televiziyada izlədikdən sonra bu il buraya gəlməyi qərara alıblar.

Qazaxıstanlı turistlər deyib ki, onlar Azərbaycana ilk dəfə gəlib və şəhər onların çox xoşuna gəlir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR