Dibalanı yoldan çıxarırlar - SON DURUM

Dibalanı yoldan çıxarırlar  - SON DURUM
16:27 24 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Siti” ilə anlaşan Dani Alves “Yuventus”a daha bir zərbə vurmağa hazırlaşır. Fanat.Az “Football Italia”ya istinadən xəbər verir ki, turinlilərlə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozmağa hazırlaşan Alves Paulo Dibalanı Mançester klubuna səsləyir.


Dibalayla görüşən və potensialının tam açılması üçün İngiltərə çempionatının daha yaxşı məkan olduğunu bildirən braziliyalı argentinalını yoldan çıxarmağa çalışır. Məlumata görə xəbər “Yuve” rəhbərliyini və azarkeşləri özündən çıxarıb. Artıq sosial şəbəkələrdə Alvesin cəhdi əsas müzakirə mövzularından birinə çevrilib.

 

Qeyd edək ki, Dibala “Yuventus”la A Seriyasında keçirdiyi 65 oyunda 30 qol vurub.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dibalan-yoldan-cxarrlar-t58891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR