Avropa Liqasına erkən vida

Avropa Liqasına erkən vida
16:27 24 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəni erkən dayandıracaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb Fərid Cəlalovun yetirmələrinin ardıcıl 4 oyunda məğlubiyyətidir.

Belə ki, aktivində cəmi 1 xalı olan komandamız hesabat turunda Albaniyaya ikinci görüşdə də uduzduğundan yarımfinal şansını itirib. A qrupunda yarışan komandamız son 2 turda qalib gələcəyi halda belə ikinci pillədə qərarlaşan albanlara çata bilməyəcək. Çünki ikinci dövrəyə ev sahibliyi edən ölkə artıq 8 xal qazanıb. Biz 2 görüşdən maksimum 6 xal toplayacağımız halda isə xalımızın cəmi 7-yə bərabər olacaq.
 
Qrupumuzda Makedoniyanın artıq növbəti mərhələdə olduğunu da demək olar. Onların aktivində 12 xalı var. Fərid Cəlalovun yetirmələri məhz Makedoniya və İsveçlə görüşdə özlərini yaxşı tərəfdən göstərərlərsə, autsayderlikdən xilas ola bilərlər. Bu da təsəlli xarakteri daşıyacaq.

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

4

4

0

12-1

331-264

12

2

Albaniya

4

3

1

9-6

330-315

8

3

İsveç

4

1

3

6:11

361-380

3

4

Azərbaycan

4

0

4

3-12

287-350

1

Qeyd edək ki, B qrupunda yarımfinalçılar artıq məlumdur. Macarıstan və İsrail mübarizəni dayandırdığı halda, qrup lideri Ukrayna və ikinci yerdə qərarlaşan Danimarka yoluna davam edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR