İranlı azarkeş: "Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib"

İranlı azarkeş: "Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib"
16:37 24 İyun 2017
25 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib".

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıya Formula 1 yarışını izləməyə gəlmiş iranlı azarkeş Ramin Heşmət deyib.

O qeyd edib ki, Formula 1 çox əhəmiyyətli bir yarışdır: "Burada tanınmış pilotlar yarışır, eləcə də Formula 1 komandaları öz texnologiyalarını nümayiş etdirirlər".

İlk dəfə paytaxtımızda olan turist Bakının çox gözəl şəhər olduğunu deyib: "Burada gözəl ab-hava var, gözəl tikililər var, insanlar da mehribandır".

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR