Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”

Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”
16:57 24 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm. Azərbaycan və Bakı heyranedicidir”. 
“Report”un məlumatına görə, bunu Formula 1-in sabiq sədri Berni Ekklstoun Bakı Şəhər Halqasının (BŞH) rəsmi “facebook” səhifəsində təşkil olunan canlı müsahibə zamanı deyib.
87 yaşlı funksioner BŞH-nın özəlliklərinə də toxunub: “İnsanlar şəhər treklərini çox sevirlər. Çünki özlərini maşınlara yaxın hiss edirlər”.
B.Ekklstoun “Nəvəniz Formula 1 pilotu olmaq istəsə, ona nə deyərdiniz” sualına belə cavab verib: “Deyərdim ki, o qədər axmaq olma, həvəsin keçəcək”.
Qeyd edək ki, Berni Ekklstoun Formula 1-ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. Məhz britaniyalı yarışları kommersiya baxımından ildə 2 milyard dollardan çox gəlir gətirən uğurlu layihə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/berni-ekklstoun-bakiya-hec-vaxt-gelmeyenlere-bura-sefer-etmeyi-meslehet-gorurem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR