Hindistan bütün ölkələri geridə qoyacaq - PROQNOZ

Hindistan bütün ölkələri geridə qoyacaq - PROQNOZ
16:58 24 İyun 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

2017-ci ildə dünya əhalisinin sayı 7.6 milyard nəfərə çatıb. Bu sayın 2030-cu ildə 8.6 milyard, 2050-ci ildə 9.8, 2100-cü ildə 11.2 milyarda çatacağı təxmin edilir.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının “Dünya əhalisinin sayı hesabatı”nda bildirilib.

ABŞ əhalisinin sayı 2017-ci ildə 324 milyon 459 min nəfərdir. 2100-cü ildə bu rəqəmin 450 milyon nəfərə çatacağı bildirilib. Hindistanda əhalinin sayı hazırda 1.3 milyarddır. 2024-cü ildə Hindistanın 1.4 milyardlıq əhalisi ilə hazırda birinci yerdə olan Çini geridə qoyacağı bildirilir.

Dünyada hazırda qadın və kişi sayı təxmini olaraq bərabər olsa da, kişilərin sayı bir az daha çoxdur.

2017-ci ildə hər 100 qadına 102 kişi düşür. Yaşı 15-dən az olan uşaqlar dünya əhalisinin təxminən ¼-ni (26%) təşkil edir. Dünya əhalisinin yalnız 8 faizinin yaşı 60-dan çoxdur. Əhali sayı ən sürətlə artan ölkə Nigeriyadır. Hazırda 7-ci yerdə olsa da, 2050-ci ildə onun dünyanın ən qələbəlik ölkələri sırasında 3-cü yerdə olacağı təxmin edilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR