İspan futbolçu karyerasını bitirdi

İspan futbolçu karyerasını bitirdi
17:05 24 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya millisinin müdafiəçi Arbeloa karyerasını bitirdiyini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Real Madrid"in yetirməsi "Marca"ya açıqlamasında əlvida demək vaxtının gəldiyini bildirib.

34 yaşlı futbolçu karyerasının əsas hissəsini "Real" və "Liverpool"da keçirib. "Futbolçu "Real"la 2 ÇL kuboku, 2 İspaniya kral kuboku, 1 İspaniya çempionluğu, 1 İspaniya kuboku, 1 UEFA super kuboku, 1 Dünya Klublar kubokunu qazanıb. 

Arbeloa 56 dəfə formasını geyindiyi İspaniya millisi ilə 1 dəfə Dünya, 2 dəfə Avropa çempionluğuna sevinib. 

Mövsümün əvvəlində İngiltərənin "West Ham" klubuna keçən futbolçu zədə səbəbindən cəmi 4 oyunda meydana çıxa bilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR