Palata Formula 1-lə əlaqədar xüsusi monitorinq qrupu yaradıb

Palata Formula 1-lə əlaqədar xüsusi monitorinq qrupu yaradıb
17:12 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir.
Palatadan "Report"a verilən məlumata görə, yarana biləcək hər hansı problemlə bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər: Əlaqələndirici şəxs: Azər Quluyev (Email: azar.guluyev@fmsa.az, Tel: +994 51 444 25 32)
Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Azərbaycanda ikinci dəfə keçirilən Formula 1 yarışlarını izləmək üçün Bakıya gələn çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə əvvəlcədən də mətbuatda xəbər verildiyi kimi Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 67 filial və şöbəsi gücləndirilmiş iş rejimində xidmət göstərir.
Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mbnp-formula-1-le-elaqedar-xususi-monitorinq-qrupu-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR