NATO SSRİ-ni parçalamağı və Rusiyanın ərazisini Moskva knyazlığının ölçülərinə qədər azaltmağı planlaşdırırdı.
Publika.az xəbər verir ki, bunu “Rossiya-1” telekanalının xüsusi reportajında qeyri-leqal kəşfiyyatın veteranı bildirib.
Keçmiş kəşfiyyatçının adı açıqlanmır. Yalnız bildirilir ki, o, NATO istiqaməti üzrə işləyirdi. Kəşfiyyatçının sözlərinə görə, ittifaqın planlarında SSRİ-nin dağıdılması yalnız birinci mərhələ idi.
“Sonra Mərkəzi Volqa respublikasını yaratmaq və bütün Rusiyanın Moskva knyazlığının ölçülərinə qədər kiçildilməsi planlaşdırılırdı”, - deyə kəşfiyyatçı izah edib.
Onun sözlərinə görə, belə sənədlər həqiqətən mövcuddur və bir hissəsi Xarici Kəşfiyyat Xidmətinin arxivində saxlanılır.
Qeyd edək ki, “Rossiya-1” telekanalının xüsusi reportajı qeyri-leqal kəşfiyyatla məşğul olan xarici kəşfiyyat xidmətinin “S” idarəsinin yaranmasının 95-ci illiyinə həsr edilib.
Ömər