Bakıda Formula 1 zamanı problem yaşanıb? - AÇIQLAMA

Bakıda Formula 1 zamanı problem yaşanıb? - AÇIQLAMA
17:32 24 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

"İndiyədək Formula 1 Azərbaycan Qran Prisinə hər hansı problem qeydə alınmayıb".

Bunu Milli.Az-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, təşkilatçılar bu mərhələni ümumiyyətlə, problemsiz keçirəcəklərini ümid edirlər: "Bu vaxtadək hər hansı problem yaşanmayıb. Amma təşkilati işlər yenə davam edir. Komandamız bütün bəndlər, əməliyyatlar üzrə durmadan ciddi şəkildə işləyir. Hələ ki, elə bir ciddi problemlə rastlaşmamışıq. Dünən konsert də uğurla keçdi. Ona görə də, ümid edirik ki, ümumilikdə bu həftəsonu problemsiz ötüşəcək".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR