Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib

Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib
17:47 24 İyun 2017
23 İdman
Ölkə mətbuatı
A- A+

"Renault" komandasının pilotu Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, üçüncü sərbəst yürüş zamanı yanacaq sızması nəticəsində onun bolidində yanğın baş vermişdi.

Nəticədə mexaniklər onun bolidini sıralama turunadək hazırlaya bilməyib.

Komanda sabah pilotun yarışıa qatıla bilməsi üçün FIA-ya müraciət edəcək.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR