Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib
17:52 24 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun.REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşü zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib. 
“Report”un məlumatına görə, bu barədə “Renault” açıqlama yayıb.
Bildirilir ki, yanğın yanacaq sızmasına görə baş verib. Avtomobilin mühərriki tam yararsız hala düşdüyündən dəyişdiriləcək. Lakin bu dəyişiklik saat 17:00-da qədər mümkün olmadığından C.Palmer hazırda davam edən sıralama turunda iştirak edə bilmir.
Qeyd edək ki, Colion Palmerin bolidi iyunun 24-də keçirilmiş sərbəst yürüş zamanı səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-colion-palmerin-idare-etdiyi-bolidin-yanma-sebebi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR