Daha 5 pilot sıralama turunda mübarizəni dayandırdı

Daha 5 pilot sıralama turunda mübarizəni dayandırdı
18:05 24 İyun 2017
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən Formula 1 yarışlarının sıralama turunda ikinci mərhələ başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu mərhələ nəticəsində daha 5 pilot mübarizəni dayandırıb.

İkinci mərhələdə Daniil Kvyat, Karlos Sains (hər ikisi Toro Rosso), Kevin Magnussen (Haas), Niko Hulkenberq (Renault) və Paskal Verlayn (Sauber) üçüncü mərhələyə vəsiqə qazanıb.

Hazırda 1:41.275 dəqiqə göstərici ilə Lyuis Hemilton hələ də liderdir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR