Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO

Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO
18:08 24 İyun 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Oğurluq üçün girdiyi məsciddə əvvəl 4 rükət namaz qıldı, sonra sərinkeşi götürüb çıxdı.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Mərsində yaşanıb.

Silifke bölgəsindəki Rəşidiyyə məscidə namaz vaxtı gələn oğru içəridəki sərinkeşi götürmək istəyib. Əvvəlcə dəstəmaz almaq bəhanəsi ilə ətrafda insanların olub-olmadığına baxan oğru sərinkeşi məscidin çıxışına gətirib. Bir anda namaz qılmağa başlayıb. Namazdan sonra yenə də ətrafa baxaraq sərinkeşi götürərək oranı tərk edib.

Sərinkeşin məsciddə olmadığını anlayan imam onun oğurlandığını düşünüb. Təhlükəsizlik kameralarına baxanda hər şey aydın olub. Polis məlumat əsasında oğrunu evində sərinkeşlə birlikdə tapıb.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR