Everestdə tapılan 10 nəfərin ölümünün sirləri - FOTO

Everestdə tapılan 10 nəfərin ölümünün sirləri - FOTO
18:22 24 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən hündür zirvələrindən olan Everest dağında 250 nəfərdən çox alpinist cəsədinin olduğu deyilir. Zirvəni fəth etmək istəyən iddialı alpinistlərdən bir çoxu təəssüf ki, çətin hava şəraitinə dözməyərək dünyasını dəyişib. Cəsədləri hələ də dağın ətraflarında qalan insanların necə öldüyünü bilirsiniz?

Everestdə donaraq, ehtiyatsızlıq ucbatından dünyasını dəyişən 10 alpinistin faciəli ölümü haqqında maraqlı faktları təqdim edirik:

Zirvə məsafəsini ölçməkdə yol göstərici hesab olunan "Yaşıl botlar"

1996-cı ildə zirvəni fəth etmək istəyən hindli alpinist Tsevanq Palkor qorxunc bir qar fırtınasında həyatını itirib. Ayağındakı yaşıl rəngli uzunboğaz botlarına görə alpinistin cəsədi "Yaşıl botlar" adlandırılıb. Palkorun cəsədi 2014-cü ildə tapılaraq daha alçaq bir yerə gətirilib.

Yatmış gözəl Frensis Arsentivin son saatları

Frensis və həyat yoldaşı Sergey Arsentiv Everest zirvəsini fəth etmək istəyən alpinistlərdən biri olub. Oksigen balonundan istifadə etmədən zirvəyə qalxan ilk amerikalı qadın olmağı hədəfləyən Frensis iki uğursuz cəhddən sonra nəhayət, zirvəyə çıxmağa müvəffəq olur. Buna baxmayaraq, o, qalibiyyətini qeyd edə bilmir. Qəflətən halı pisləşən Frensis huşunu itirir. Dağdan enən 2 alpinistə "Məni burada qoyub getməyin, ölümə tərk etməyin" deyə yalvarıb kömək istəyən Frensisə heç kim kömək edə bilmir. Alpinistlər onu xilas etməyə çalışsalar da, bütün cəhdləri nəticəsiz qalır. Onu orada ölümə tərk edib, geri qayıtmaq məcburiyyətində qalırlar.

Devid Şarpın mübahisəli ölümü

2006-cı ildə ingilis əsilli alpinist Devid Şarp Everest zirvəsinə dırmaşarkən "Yaşıl botlar"ın olduğu yerdə istirahət etmək üçün dayanır. Başını dizlərinə qoyub dincəlmək istəyən Devid bir daha ayılmır. Onun ölümü dünya mediasında çox geniş müzakirələrə səbəb olub. Çünki həmin an 40 nəfərdən çox alpinist Şarpın xırıltısını eşitsələr də, kömək etməyiblər. Zirvəyə ilk çatan Edmund Hillari bu faciəli hadisəni belə şərh edib: "Bir insanın həyatı hansısa zirvəni fəth etməkdən daha önəmlidir".

Bəlkə də Everest tarixini dəyişdirəcək adam - Corc Mellori

Zirvəyə 1924-cü ildə qalxan Mellorinin cəsədi 75 il sonra tapılıb. Onun zirvəyə çatıb-çatmadığı məlum deyil. Əgər zirvəyə çatdığı sübut edilə bilsəydi, Everestə çıxan ilk insan olaraq tarixə düşəcəkdi. Onun yıxılaraq beyin travması alması səbəbindən öldüyü iddia edilir.

Everestdə ölən ilk qadın - Hannelora Şmats

1979-cu ildə sərt şaxta səbəbindən həyatını itirən alman alpinistin son sözlərinin "Su... su" olduğu söylənilir. "Alman qadın" olaraq anılan Şmatsın çiyin çantasına söykənərək oturması gördüyünüz formada donmasına səbəb olub.

Zirvə səyahətindəki ingilis pilot Moris Uilson

Uilson Corc Mellorinin uğursuz cəhdini gerçəkləşdirdiyi yerdən zirvəyə çıxa biləcəyinə inanırdı və 1934-cü ildə bunu həyata keçirmək istəyərkən qar fırtınasına düşərək həyatını itirir. Ölümündən sonra alpinistin çiyin çantasından səyahət macərasını yazdığı gündəliyi tapılıb.

Məqsədinə çatdıqdan sonra gülümsəyərək ölən alpinist - Marko Siffredi

2002-ci ildə Marko və dostu qar skeyti ilə 12 saata zirvəyə çıxmağı bacarır. Zirvədə özünü çox yorğun hiss etdiyini deyən Markonun son sözləri "Yorğunam... Çoxlu qar... çoxlu hərəkət..." olur və bundan sonra üzündəki gülümsəmə ilə həyatla vidalaşır.

Everest faciəsində ölən Yasuko Namba

1996-cı ilin yazında Everestdə pis hava şəraitinin hökm sürdüyü zamanlarda baş verən dəhşətli qar fırtınasında yıxılıb qaldığı yerdə yorğunluqdan ölən 8 alpinistdən biri də yaponiyalı Yasuko olub.

Everestdə tükürpədici görüş

Everest "7 problemli zirvə" səfərinin dördünü tamamlayan Pitr Kinloçun üçün 5-ci hədəf olub. Zirvəni fəth edən alpinist geri dönərkən birdən-birə gözləri tutulur. 12 saat boyunca 3 nəfər ona dərman və oksigen verir. Hava qaralmağa başlayanda tibetli 3 nəfər onu tək qoyub gedir. Həyatını itirən Pitri aylar sonra Everestə səfər zamanı dostu Rodni Hoq görür və tanıyır.

NASA üçün texnikaları sınaqdan keçirərkən ölən astronavt Karl Qordon Henayz

1993-cü ildə uzun məsafəli səyahətlərin insan orqanizminə mənfi təsirlərini araşdırmaq üçün Everestə çıxan Karl NASA cihazının fərqli yüksəkliklərdə radiasiya təsirinə necə məruz qalmasını öyrənməyə çalışıb. Karl Qordon apardığı araşdırmaların ikinci günündə yüksək təzyiq səbəbindən xəstələnir və dünyasını dəyişir./Publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR